Prezidentin Qarabağ mesajı: Xankəndinə gedən yol...

Prezidentin Qarabağ mesajı: Xankəndinə gedən yol...

Dövlət başçısı Azərbaycan Ordusunun 2018-ci ildə əldə etdiyi uğurları təsadüfən xatırlatmadı.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Yeni il təbrikində Dağlıq Qarabağla bağlı çıxışını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ötən il Azərbaycan Ordusu çox önəmli uğurlara imza atdı:

"Belə ki, ordumuz Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində ümumi həcmi 11 min hektardan çox olan neytral zonaya nəzarəti ələ keçirdi. Bu ərazilər münbit torpaqlardan ibarət olmaqla bərabər, eyni zamanda, xüsusi strateji əhəmiyyətə də malikdir. Günnüt kəndi və Qızılqaya silsilə yüksəkliyinin çox böyük strateji əhəmiyyəti var. Çünki həmin ərazilərdən Ermənistanın az qala yarısına, kommunikasiya xətlərinə və yol infrastrukturlarına nəzarət etmək mümkündür. Hətta bu ərazidən Ermənistandan Xankəndiyə gedən yola da nəzarət etmək və oranı atəş altında saxlamaq olar. Təkcə Qızılqaya yüksəkliyi İrəvana sarsıdıcı raket və artilleriya zərbələri endirməyə imkan verir.

Azərbaycan Ordusunun 2018-ci ildə Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində həmin ərazilər tam infrastrukturla təmin edilib, orada bir neçə post tikilib, lazımı bütün döyüş silahları və əsgəri heyət yerləşdirilib. Beləliklə, Azərbaycan Ordusu həmin neytral ərazilərə tamamilə nəzarət etməsi nəticəsində çox böyük strateji üstünlüklər əldə edə bilib. Bu baxımdan da hesab edirəm ki, dövlət başçısı Azərbaycan Ordusunun 2018-ci ildə əldə etdiyi uğurları təsadüfən xatırlatmadı. Əldə olunan nailiyyətlər müharibə baş verəcəyi təqdirdə Azərbaycan Ordusunun uğurlu əməliyyatlar aparmasına yol açacaq”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az