Pul vannasında "üzən""çimən" azərbaycanlılar-Xanımlar, inomarkalar, pullar...

 Pul vannasında

Türkiyə KİV-ləri Azərbaycanın zəngin balaları haqda: pul vannasında üzəni də var...

Türkiyənin internethaber.com saytı Azərbaycan zənginlərinin övladlarının  İnstagram sosial şəbəkəsində paylaşdıqları və onların ultra-lüks həyat tərzini nümayiş etdirən fotoşəkillərdən bir qismini toplayıb yayıb.


Fotolarda əsasən zəngin qızlarını görmək olur, onların arasında VİP-vertolyotda uçanı da var, yataq otağında qalaq-qalaq dolların arasında uzanıb selfie çəkdirəni də. Fotolardan birində isə cakuziyə hansı ölkənin valyutası olduğu dəqiq seçilməyən 20-lik kupyurlardan ibarət bağlamaları doldurub içində "üzən” gənc yer alır.


Habelə sayt "Bentley” avtomobilinin sükanı arxasında olan gənc qızı, hansısa otelin hovuzunun sahilində şezlonqda uzanmış çimərlik geyimli xanımı və digərlərini də "İntagram-ın zəngin Azərbaycan cocukları” qismində təqdim edib.












Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az