Putin Azərbaycan üçün təhlükəli olan Ermənistan qərarını verdi

Putin Azərbaycan üçün təhlükəli olan Ermənistan qərarını verdi
Rusiya prezidenti İrəvanla bağlanmış müqaviləni təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin Qafqaz kollektiv təhlükəsizlik regionunda Ermənistanla vahid havadan müdafiə sistemi yaratmaq haqqında müqaviləni ratifikasiyası ilə bağlı qanun imzalayıb.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın TASS dövlət agentliyi xəbər yayıb.

Rusiya və Ermənistan arasında müqavilə 2015-ci il dekabrın 23-də Moskvada imzalanıb.

Müqavilə Dağlıq Qarabağ münaqişəsində vəziyyət kəskinləşdiyi təqdirdə, tərəflərin aviasiyadan istifadə etməməsinə zəmanət verməlidir. Ancaq vahid havadan müdafiə sistemi ilə bağlı bir sual hələ də açıq qalıb: əmri kim verəcək?

Sənəd 5 ilə hesablanıb, ancaq sonradan daha 5 il uzadıla bilməsi şərti də razılaşmada əks olunub. Əgər tərəflərdən biri razılaşmanı dayandırmaq qərarına gəlsə, bununla bağlı qarşı tərəfi ən azı 6 ay əvvəldən xəbərdar etməlidir.

Son bir neçə ildə Ermənistan və Rusiyanın müdafiə sahəsində intensiv yaxınlaşması müşahidə olunur.


Rusiyanın havadan müdafiə sistemləri

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov İstiPress-ə bildirdi ki, Rusiyanın Ermənistanla havadan müdafiə sistemi, birgə qoşun yaratmaq barədə qərarı Azərbaycan üçün böyük təhlükədir.

"Qarabağda müharibə olsa, Ermənistan bundan Azərbaycana qarşı istifadə edə bilər. Rusiya tərəfi isə deyir ki, əmr Moskvadan verilir. Bu, blefdir", - Üzeyir Cəfərov deyib.

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də hesab edir ki, Rusiyanın Ermənistanla birgə qoşun qruplaşmasının yaradılması barədə qərarı siyasi riyakarlıqdır və bu, birbaşa Azərbaycana qarşı yönəlmiş addımdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az