Putin Sarkisyanı Qarabağ məsələsində necə aldatdı? – Gözdən qaçan DETAL

Putin Sarkisyanı Qarabağ məsələsində necə aldatdı? – Gözdən qaçan DETAL
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) erməni baş katibin gəlməsini Putinin özü istəmir.

Publika.az xəbər verir ki, rusiyalı siyasi şərhçi Vadim Dubnovun fikirləri belə deməyə əsas verir.

KTMT-nin baş katibi Nikolay Bordyujanı müvəqqəti olaraq müavini Valeri Semerikovun əvəzləməsini şərh edən Dubnov bildirib ki, Moskva lap əvvəldən bu posta erməninin təyin olunmasını istəmir: "Bəziləri iddia etdilər ki, Lukaşenko erməni baş katibin seçilməməsi üçün KTMT-nin Sankt-Peterburq iclasına bilərəkdən gəlməyib. Mən belə düşünmürəm. Burada gözdən qaçan detal var. Belə ki, Moskva Lukaşenkonun gəlməməsinə və erməni baş katibin seçilməməsinə görə şad oldu. Və bundan istifadə etdi. Bordyujanın Dağlıq Qarabağ haqqında müstəqil dövlət kimi danışması da əslində erməni tərəfində yaltaqlanmaq cəhdi idi. Lakin deyə bilmərəm ki, buna nə qədər nail oldu. Moskva isə ümumiyyətlə, KTMT-də erməni baş katib görmək istəmir. Sadəcə olaraq, bunu açıq şəkildə dilə gətirmədən erməniləri aldadır”.

V.Dubnov qeyd edib ki, Moskva üçün Semerikovun daha uzun müddətdə KTMT-yə rəhbərlik etməsi sərfəlidir.

"Bordyujanın Qarabağ bəyanatı da Ermənistana verilmiş kiçik təsəllidir. Lakin bu faktdır ki, Moskva Azərbaycanla qarşıdurmada Ermənistana heç vaxt kömək etməyəcək”, - deyə o bildirib.

Rusiyalı şərhçinin sözlərindən belə aydın olur ki, Putin Sarkisyanı KTMT-yə erməni baş katibin gələcəyi ilə bağlı aldadır. Buna səbəb kimi məhz Dağlıq Qarabağ münaqişəsini və Azərbaycan faktorunu göstərmək olar. Çünki KTMT-da erməni baş katibin olması "Putin NATO-su”nun Dağlıq Qarabağ məsələsində Ermənistanın xeyrinə bəyanatlarla çıxış etməsinə gətirib çıxara bilər. Bu isə Azərbaycanla münasibətlərin saxlanılması baxımından Rusiyaya sərf etmir. Ermənistan isə ümid edir ki, KTMT-yə erməni baş katibin gəlməsi ilə üzvü olduğu təhlükəsizlik təşkilatı məhz Qarabağ məsələsində heç olmasa onu bəyanatlarla dəstəkləsin.
 
Miq.az
loading...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az