Putin Özbəkistana səfər edəcək

Putin Özbəkistana səfər edəcək
Rusiya prezidenti Vladimir Putinin payız aylarında Özbəkistana səfər edəcəyi planlaşdırılır.
 
Virtualaz.org RİA "Novosti”yə istinadən xəbər verir ki, Çinin Tsindao şəhərində Şanxay Əməkdaşlıq Şurasının zirvə görüşü zamanı Özbəkistan prezidenti Şavkat Mirzəyevlə söhbətində Putin deyib: "İşçi səfərə gəlməyə çalışacağam. Bu bizdə payıza p0lanlaşdırılıb”.
 
Putinin Daşkəndə oktyabr ayında gedəcəyi gözlənilir.
Rusiya prezidenti söhbət zamanı qeyd edib ki, Moskva ilə Daşkənd arasında iri layihələr gerçəkləşdirilir. Yalnız "LUKoil” şirkəti Özbəkistan iqtisadiyyatına 7 milyard dollar vəsait qoyub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az