Putinin Azərbaycana səfər proqramı AÇIQLANDI

Putinin Azərbaycana səfər proqramı AÇIQLANDI
Sentyabrın 27-si səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Bakıya gələcək.

Miq.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O qeyd edib ki, Putin Bakıda Rusiya - Azərbaycan regionlararası forumda iştirak edəcək. Peskovun sözlərinə görə, dövlət başçıları Vladimir Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər.
Həmçinin söyləyib ki, bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az