Putinin Əliyevə verdiyi gizli silah

Putinin Əliyevə verdiyi gizli silah
Azərbaycana həm də torpaq və müharibə hüququ verilib

Ermənistan parlamentinin xarici münasibətlər üzrə daimi komissiyasının sədri Armen Aşotyan Rusiyanın Azərbaycana silah satmasından ciddi narahatlıq bildirib.

İstiPressi-in «Novosti-Armeniya» portalına istinadən verdiyi məlumata görə, Aşotyan İrəvanda ke bunun Ermənistan - Rusiya münasibətlərinin ən problemli tərəfi olduğunu bildirib:

"Rusiya tərəfinin məsələnin iqtisadi tərəfləri, ya da regionda qüvvlər balansı barədə səsləndirdiyi arqumentlər məntiqsizdir”, - deyə Aşotyan bildirib.

Onun sözlərinə görə, bu məsələ son günlərdə Rusiyalı həmkarlarla müfəssəl müzakirə edilir və gündəmdədir:  "Onların bir qismi bizim narahatlığımızı bölüşürlər, bu problemin regional önəmini yalnız iqtisadi baxımdan deyil, həm də erməni-rus münasibətləri baxımından anlayırlar. Hər şeyin öz qiyməti var, amma məsələ bundadır ki, həmin qiyməti ödməyə dəyərmi, nəzərə alın ki, bu silahlar artır”,- deyə Armen Aşotyan vurğulayıb.

Aşotyanın bəyanatı bir həftə qabaq Serc Sarkisyanın "Armeniya" kanalına müsahibəsində nümayiş etdirdiyi təmkinə heç uyğun gəlmir. Onun sözlərinə görə, Rusiyadan bu məsələ ilə bağlı rəsmi səviyyədə heç bir cavab alınmayıb: "Biz bunu Rusiya tərəfinin regionda durumun sabitləşdirilməsi üçün uzun müddətli siyasi fəaliyyəti kimi qəbul etməliyik".

Göründüyü kimi, Ermənistanın hakim partiyasının mövqeyi bir həftənin içində kəskin dəyişib. Politoloq Fikrət Bağırov İstiPress-ə müsihbəsində bunun Soçidə  iyulun 21-də Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin görüşündən sonra baş verdiyini vurğulayır:

"Ümumiyyətlə, Putin - Əliyev görüşü Ermənistanda ciddi narahatlıq doğurub. Erməni şərhçilərin görüşü müxtəlif aspektlərdən şərh ediblər və hələ də şərh etməkdədirlər. Onlar başa düşürlər ki, bu görüş baş tutubsa, deməli, Azərbaycanla  Rusiya arasında münasibətlər  yaxşıdır. Görüşdə hər şey ola bilər. Bəlkə, Rusiya Azərbaycana yeni bir silah da verib. Azərbaycan onu da alacaq. Bax, erməniləri qorxudan məsələ budur".

Politoloqun bu sözlərini erməni şərhçi Haykazn Qaqriyanın «Lragir» portalında bu gün yazdığı məqalə də təsdiq edir. "Azərbaycan Rusiyaya Ermənistandan daha çox lazımdır. Bu, Qarabağ münaqişəsində Ermənistan hakimiyyətinin apardığı siyasət şəraitində daha da güclənir. Bu siyasət Bakıya torpaq və müharibə hüququ verib".

Aşotyanın bəyanatı, ümumiyyətlə, son bir neçə ildə Ermənistanda güclənən qərbyönümlü əhval-ruhiyyənin nümayişidir. Sorğu nticəsində müəyyən olunub ki, iki il ərzində qərb tərəfdarları 30 faiz artaraq toplam 40 faizə çatıb. Təbii ki, qərb tərəfdarları bir qədər də güclənsələr, Ermənistan hakimiyyəti istər-istəməz siyasi orientasiyanı dəyişməli olacaq. Əks halda, Ermənistan narıncı inqilabla üzləşməli olacaq.

Həm də Ermənistanda son dövrlər Qarabağ münaqişəsini Kosovo variantı ilə həll etməyə çağıran ekspertlər artıb. Onlar münaqişənin həll sxemini də irəli sürürlər - Ermənistan Avrasiya İttifaqı və KTMT-dən çıxır, NATO ilə əməkdaşlığa başlayır, Qərb isə bunun qarşılığında Qarabağa da Kosovo variantı tətbiq edir və s…

Lakin politoloq Fikrət Sadıqov bu variantı qeyri-real sayır: «Qərbin Ermənistana verəcəklərinin müəyyən hüdudu var. Ermənistan da onlara müəyyən səviyyədə lazımdır. Onların Qərbdən ala biləcəkləri elə də çox deyil».

Amma istənilən halda Azərbaycan mümkün bütün variantlara hazır olmalıdır. Əks halda, erməni diplomatiyasının qəfil hücumlarına məruz qalmalı olacağıq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az