Putinin gizli əmri üzə çıxdı: Amerikaya HÜCUM

Putinin gizli əmri üzə çıxdı: Amerikaya HÜCUM
Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsini təsdiq edən kəşfiyyat hesabatı üzərindəki gizlilik qaldırılıb və ictimaiyyətə açıqlanıb.

Publika.az xəbər verir ki, ABŞ kəşfiyyatının məlumatında Rusiya prezidenti Vladimir Putinin Donald Trampın seçkini qazanması üçün kiber müdaxiləyə şəxsən əmr verdiyini açıqlayıb.

Hesabatda qeyd olunur ki, Putin demokratik seçkini baltalamaq və Demokratlar Partiyasının namizədi Hillari Klintonun seçilməsinin qarşısını almaq üçün nüfuz kampaniyası aparıb.

Bu hesabat Rusiyanın kiber hücumlarını təsdiq edən ilk rəsmi sənəddir.

Senator və Nümayəndələr Palatasının kəşfiyyat komitələrində təmsil olunan demokratlar belə hadisənin bir də yaşanmaması üçün lazımi ölçülərin götürülməsini tələb edib.

Məsələ ilə bağlı Donald Tramp da məlumatlandırıb. O, seçkinin nəticələrinə Rusiyanın təsir etdiyi fikrini rədd etsə də, kiber hücumların arxasında Moskvanın ola biləcəyini qəbul edib. Lakin yenə də əsas kiber təhlükə kimi Çini göstərib.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az