Putinin hansı şəhərlərə nüvə zərbəsi endirə biləcəyi açıqlandı...

Putinin hansı şəhərlərə nüvə zərbəsi endirə biləcəyi açıqlandı...

Məşhur astroloq Vlad Ross bildirib ki, Rusiya prezidenti Vladimir Putin nüvə müharibəsinə hazırlaşır. Artıq avqust ayında o, Qərbi Ukraynaya zərbə endirə bilər.
 
Moderator.az  bu haqda "UNİAN"a istinadla xəbər verir.
 
Ekspertin fikrincə, Putinin itirəcəyi heç nə yoxdur, ona görə də nüvə zərbəsi barədə qərar verə bilər.
 
"Putin artıq nüvə müharibəsinə hazırlaşır və situasiyanı düşünür. O, başa düşür ki, ömrünün cəmi bir neçə ayı qalıb. O, xəstədir, ölür, yeriyən cəsəddir. Yer üzündə onu saxlayan heç nə yoxdur. Və o, planetin tarixində "nüvə silahından istifadə edən şəxs kimi qala bilər" - deyə  Vlad Ross  şərhində bildirib
 
Astroloq onu da əlavə edib ki, diktator Putin Ukraynanın qərbindəki şəhərlərə zərbə endirə bilər, lakin Kiyev və Odessa hələ də təhlükəsizdir.
 
"Putin Qalitsiyadan iyrənir və onu yandıracaq. Polşa ilə birlikdə... Rusiyanın nüvə zərbəsi baxımından ən təhlükəli yer Ukraynanın qərb şəhərləridir: Lvov, İvano-Frankovsk və Lutsk. Ən böyük təhlükə isə Lutsk üçün mövcuddur, Çünki Putinin anlayışınca  orada "nasistlər” var. Bunalr şizofreniya xəstəsi Putinin nüvə başlıqları olan raketlərlə hədəfə ala biləcəyi ən təhlükəli yerlərdir”, - deyə Ross əlavə edib.
 
Xatırladaq ki, daha əvvəl ekstrasens işğalçıların Kiyevə güclü hücum edəcəkləri tarixi qeyd edib. Onun proqnozuna görə, bu, avqustun 7-8-də baş verəcək...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az