Putinin şok planı: “SSRİ xortlayır” – “Qırmızı ssenari” işə düşdü

Putinin şok planı: “SSRİ xortlayır” – “Qırmızı ssenari” işə düşdü

"Rusiya sabah Donbası tərkibinə qatsa, Xankəndidəki de-fakto tanıdığı qondarma rejimi de-yure tanısa, Qərb nə edəcək?”

Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi Belarus və Rusiya arasındakı son anlaşmalara diqqət çəkib:

"Lukaşenko və Putinin mətbuat konfransına baxdım, təəssüf ki, aylar öncə dediyim olur: Qərbin anlaşılmayan siyasəti nəticəsində Batkanı tamamilə Kremlin qucağına atdılar. "İttifaq Dövləti”nin yaranması üçün 28 istiqamətdə sənədlər imzalandı, növbəti addım siyasi-hərbi birlik olacaq. SSRİ-ni xortladacaqlar. Halbuki cəmi 1.5-2 il öncə Belarus Qərblə münasibətləri düzəltməyə çalışırdı, Avropa Birliyi ilə saziş üzərində iş gedirdi, indi isə tam Kremlin nəzarətinə keçir-keçəcək.

Maraqlı olan budur ki, Taliban kimi bir təşkilatla, "daha nə edək, güc sahibidirlər, gərək görüşək, danışaq, anlaşaq”, deyən Qərb Lukaşenko ilə birbaşa danışmaq istəmir, onu tanımır. Bu yanaşma siyasi karikaturadır.

Mən Lukaşenkonun tərəfində deyiləm, məsələ budur ki, SSRİ xortlayır. Qərb də post-sovet məkanını Rusiyaya güzəştə gedib mənasız siyasət aparır, guya uzağa oynayır. 15-20 illik plan qurub Kremli əlavə maliyyə, siyasi ağırlıqla yükləyib zəiflətməyi düşünür. Ola bilər ki, 15 ilə bu alınsın, amma bu 15 il post-sovet məkanında yaşayanlar zülm çəkməlidirlər?! Daim Şimaldan təhdid yeməlidirlər? Sabah Donbası tərkibinə qatsa, Xankəndidəki de-fakto tanıdığı qondarma rejimi de-yure tanısa, Qərb nə edəcək? Yenə mənasız sanksiyalar qoyacaq?”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az