Qadının 300 minini ələ keçirən iş adamı həbs edildi – Dələduzluq

Qadının 300 minini ələ keçirən iş adamı həbs edildi – Dələduzluq
Sumqayıtda dələduzluq etməkdə təqsirli bilinən Əhməd Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Əhməd Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Əhməd Quliyev özünü iş adamı kimi təqdim edib və Sumqayıt şəhər sakini Məhburə Hüseynovanı tikdiyi obyektə çıxarış alacağı adı ilə aldadıb.
Əhməd Quliyev qadının 300 min manat pulunu ələ keçirib.
Əhməd Quliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az