“Qanuni oğru” adı almaq üçün... - Ermənistanda qorxunc olaylar

“Qanuni oğru” adı almaq üçün... - Ermənistanda qorxunc olaylar
Sentyabrın 5-də Ermənistanın Razdan və Nubaraşen həbsxanalarında baş verən iğtişaşların təfərrüatı məlum olub.

Teleqraf.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, iğtişaş məhbuslara yemək verilməməsi üstündə baş verib.
Məlumatda həbsxanalardakı iğtişaşların arxasında "zona baxan” Nverik Noraqyuski və Vaçik ləqəbli məhkumların dayandığı bildirilib.
İstintaq təcridxanasında iğtişaşlar həbsxanada cəza çəkən məhkumlar tərəfindən təşkil edilib. Nverik Noraqyuski və Vaçikin həbsxana işçiləri və yemək paylayan məhkumların onların tapşırığı ilə vəzifələrini yerinə yetirmədikləri iddiası ilə məhbusları qiyam başlatmağı əmr etdikləri qeyd olunub.
Olaylar zamanı eyni zamanda, Nubaraşen Cəzaçəkmə Müəssisəsinin üçüncü və dördüncü binalarındakı kameralarda saxlanılan məhkumlar "zona baxanlar”ın əmri ilə yemək əldə etmək üçün kameranın qapı və pəncərələrini sındırıb. Aclıq çəkən məhbuslar kameralardan yanan əşyaları çölə atıblar, nəticədə həbsxanada yanğın baş verib.
İğtişaş zamanı bir çox məhbusun həbsxanadan qaçdığı iddia olunsa da, bu, aidiyyəti qurumlar tərəfindən təsdiq olunmayıb. Qeyri-rəsmi mənbələr isə çoxlu sayda məhbusun qaçdığını iddia edir.
Xatırladaq ki, Ermənistan Ədliyyə Nazirliyinin mətbuat xidməti sentyabrın 5-də axşam saatlarında ayrı-ayrı cəzaçəkmə müəssisələrində itaətsizlik hallarının baş verdiyinə dair məlumat yaymışdı.
Yerli mətbuatın yazdığına görə, iğtişaşlar Nubaraşen və Razdan həbsxanalarında baş verib. Baş verənlərə isə "qanuni oğru” statusu almaq istəyən şəxslərin "kriminal təxribat”ı səbəb olduğu bildirilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az