“Qarabağ münaqişəsi Rusiya üçün çox ciddi məsələdir” – Mariya Zaxarova

“Qarabağ münaqişəsi Rusiya üçün çox ciddi məsələdir” – Mariya Zaxarova
"Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi öz roluna tam sadiqdir”.

"Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Samara şəhərində təşkil edilən brifinqdə deyib.
"Report”un müxbirinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın zamanlarda Moskvada görüşünün keçirilməsinin mümkünlüyü barədə sualına cavab olaraq Rusiya XİN rəsmisi Rusiyanın münaqişənin həllində istənilən yardımı etməyə hazır olduğunu bildirib.
"Belə planlar (nazirlərin görüşü) olacaqsa, ölkələrin nümayəndələri bu barədə bildirəcəklər. Rusiya öz adından böhran vəziyyətində olan nizamlama prosesinə effektiv və konstruktiv töhfə vermək və iki ölkə arasında münasibətlərin normallaşması üçün əlindən gələni edəcək. Rusiya üçün bu, çox ciddi məsələdir”, – deyə M.Zaxarova vurğulayıb.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az