"Qarabağ Rusiyanın mandatına verilməlidi"- "Burda inqilab edəcəm"



Son günlər "DQR"-in keçmiş "müdafiə naziri" Samvel Babayanın Qarabağı Rusiya mandatına verilib, məsələni bu cür həll etmək təklifi mətbuatımızda tirajlanır. 

Birincisi, Samo ləqəbli Samvel Babayan ermənilər arasında qeyri-ciddi adam kimi tanınır. Müharibədən sonra o, işğal olunmuş ərazilərdə talançılıqla və sadə camaata zülm etməklə tanınıb. Qarabağın hərbi-feodal rejimi camaata o qədər zülm edib ki, camaat deyirdi, "azərbaycanlılar bunlardan min dəfə yaxşı idi". Daha sonra Samo Yerevanda bir məhşur fahişəxana sahibəsi ilə evlənib, onun hesabına yaşayıb. Arada, hakimiyət başında olan öz keçmiş silahdaşları ilə dolanmadığına görə, bir-iki dəfə tutulub, yatıb, çıxıb. 

İndi ki, Qarabağda müharibə perspektivləri reallaşır, Samo düşünür ki, "onun zamanı" gəlib- bu mövzunun pedallarına basıb, 2020-ci ildə Qarabağda "prezident seçkilərində" namizədliyini irəli sürəcəyini bəyan edir.

Ancaq bu yaxınlarda ona məlum olmuşdu ki, "Artsaxın qəhramanını" Artsax vətəndaşlığından məhrum ediblər və namizədliyinin irəli sürülməsi mümkün deyil. Dərhal bəyanat verdi ki, "Artsax xalqı məndən tələb etsə, burda inqlab edəcəm". Ancaq gördü ki, xalqdan dəstək gəlmədi. Onda Paşinyana qarşı Rusiyaya könüllü "torpedalıq" yolunu tutdu- "Qarabağ Rusiyanın mandatına verilməlidi". Düzü, o qədər sərsəm fikirdir ki, bizim mətbuatda bu qədər yayılmasaydı, münasibət bildirməzdim. 

"Mandat ərazilər" yalnız o zaman yaradılır ki, bu ərazilərin aid olduğu dövlət rəsmən dağılıb, yox olub. Başqa hallar yoxdu. Samonun bunu bilməyə savadı yoxdu, haradansa eşidib və düşünür ki, belə desə, Rusiyanın xoşuna gələr, ruslar ona Paşinyana qarşı Qarabağda dəstək verərlər. Bir sözlə Samonun sözlərinə ciddi baxmağa dəyməz.

Qarabağda 2020-ci ildə "prezidentliyə" iki real namizəd var, mülki şəxs Araik Arutyunan və hərbçi Vitaliy Balasanyan. Paşinyana qalsa, Araik olardı. Ancaq müharibə təhlükəsi artsa, ermənilər V.Balasanyanı "seçəcəklər". 2016-cı ilin aprelində məhz V.Balasanyan erməni qoşunlarının və əhalisinin panik qaçışının qarşısını almışdı. 

Qrup yoldaşlarımla ermənilərdəki real vəziyəti bölüşdüm ki, düşmən haqqında real məlumatlara malik olsunlar və mətbuatımızda bilmədən yayılan səs-küylü xəbərlərə adekvat münasibət olsun.

Nazim Bayram
Qarabağ qazisi, hərbi icmalçı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az