Qarabağa görə Azərbaycan Avropanın sənədinə imza atmadı

Qarabağa görə Azərbaycan Avropanın sənədinə imza atmadı

Brüsseldə "Şərq tərəfdaşlığı” proqramının on illiyi ilə bağlı iclasın ilk günü başa çatıb.

"Azadlıq” radiosunun məlumatına görə, sammitin yekunlarına əsasən təntənəli bəyannamə imzalanıb. Lakin iştirakçı ölkələr sənədə yüksək status verməməyi qərara alıblar. Bundan əlavə, "Şərq tərəfdaşlığı” ölkələri nümayəndələri onu imzalamayıblar. Mətnin altında yalnız Avropa İttifaqi diplomatiyasının rəhbəri Federika Mogerininin imzası var.

"Bu qərar Azərbaycanın qaldırdığı ərazi bütövlüyü məsələsinin mətnə daxil edilməsindən imtina edildiyinə görə qəbul olunub. Söhbət 1990-cı illərin əvvəlindən Ermənistan Respublikası tərəfindən dəstəklənən tanınmamış Dağlıq Qarabağ Respublikası hakimiyyətinin nəzarət etdiyi Dağlıq Qarabağdan gedir”, – "Azadlıq” radiosunun məlumatında deyilir.

Həmçinin qeyd olunur ki, Ukrayna və Gürcüstan "Şərq tərəfdaşlığı”nın ayrı-ayrı üzvlərinin Avropaya inteqrasiyası cəhdlərinə dair istinadların olmaması ilə bağlı iradlarını bildiriblər.

Kiyevin və Tbilsinin tələbinə belə cavab veriblər ki, istinadlar bundan əvvəlki bəyannaməyə daxil edilib.

Çərşənbə axşamı Aİ ölkələri liderləri Aİ rəhbərliyilə birlikdə Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin təşkil edəcəyi konfransda "Şərq tərəfdaşlığı”nın gələcəyini müzakirə edəcəklər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az