Qarabağda neçə İsrail şirkəti var? - Səfir

Qarabağda neçə İsrail şirkəti var? - Səfir

İsrail ilə Azərbaycan arasında əlaqələr həqiqətən unikaldır. Həm xalqlar, həm də dövlətlər arasında çox sıx əməkdaşlıq və dostluq var.
Miq.Az xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

O bildirib ki, bu gün sərgidə İsraili 6 şirkət təmsil edir. Şirkətlər kənd təsərrüfatı, suvarma sistemləri, irriqasiya ilə bağlı, müasir ağıllı şəhərlərlə bağlı bir çox müxtəlif təkliflərlə çıxış edirlər.

"İsrail dövləti və şirkətləri Azərbaycan tərəfindən Qarabağda yenidənqurma işlərinə rəsmi dəvət alıb. Biz istəyirik ki, Qarabağda yaşayan insanlar şirkətlərin köməkliyi ilə texnologiyaların bəhrəsini görə bilsinlər”, - deyə səfir qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az