"Qarabağ"ın sabiq məşqçisinin meyiti evinin hamamından tapılıb

"Qarabağ" və "Xəzər Lənkəran"ın sabiq məşqçisi Tayfun Gürsel 63 yaşında dünyasını dəyişib.
"Report"un "Sabah"a istinadən verdiyi məlumata görə, T.Gürsəlin meyiti Türkiyənin Antalya vilayətinin Demre qəsəbəsindəki evinin hamamından tapılıb.

Qızı, tanınmış maniken Ece Gürsel tərəfindən aşkarlanan meyit tibbi ekspertizadan sonra onun özünə qaytarılıb. Türkiyə millisinin sabiq futbolçusunun ölümünə infarktın səbəb olduğu açıqlanıb. Mərhumun cənazəsi bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, Tayfun Gürsel futbolçu karyerası ərzində "Əskişəhərspor", "Antalyaspor" və Türkiyə millisinin formasını geyinib. Məşqçi kimi isə o, bir sıra klublarda, o cümlədən Rasim Karanın baş məşqçi olduğu vaxt "Xəzər Lənkəran"la "Qarabağ"da çalışıb. O, 25 ildir həyat yoldaşından ayrı qalırdı.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az