Qarakənd faciəsindən ... keçir

Qarakənd faciəsindən ... keçir

Tünzalə Vəliqızı
Moskva

Sayaraq keçirik, onsuzda.Nöqtələrin yerini də siz doldurun. Onların yerini biz doldura bilməyəndən sonra...

O gün nə olmuşdu ki?-soran varsa hələ aranızda, aramızda. İlləri geriyə sayın və...yenə keçin. Ya da o günün nəğməsini dilləndirin.

20 Noyabrın sadəcə bir nəğməsi var: 20 Yanvardan yol alan faciələrə köklənmiş, hər kəsin qəlbində sıxışan bir nidaya, bir ağıya, bir aha çevrilmiş ALI Mustafayevin fəryadını əks etdirən nəğmə!!!

" ...Dəli bir ağlamaq keçir könlümdən..."


 
Qarakənd faciəsi. O gecə uduzlar axışdı, düşdü. Azərbaycan səması Qarakənddə yanan vettolyotun tüstüsüylə qaraldı. Və o gecədən sonra biz üzü hislilər-üzüqaralar o qaranlıqdan aydınlığa yol arayırıq. Tapdıqmı tapdaq olan heysiyyatımızın AĞlanacaq- AĞLAnacaq halına çözüm?!

Özümüzə nə zaman qayıdacağıq! Məchulu, çıxılmazı, dönülməzi, gedərgəlməzi... Nə çox qararənglidir bu cümlələr. Nə çox qanaboyanmışdır bu sətirlər... Nə azdır dönənlər, nə azdır geri qayıdanlar...

Sonra nə olacaq. O müəmmanı-sirri içinə dəfn etmiş gecədən sonra.

Harayımıza qoşanların harayına yetmədiyimiz - o səmada axan Ulduz olan insanlar cavab istəyir, cavab gözləyir. Bir cavabımız varmı? Mənim, sənin, onun... ?

Var bir cavab. İldən ilə sayırıq bizdən uzaqlaşan məsafəni. Bizə ulduz qədər uzaq olanlara çatmağa nə qədər yol var hələ? Daha neçə ili, ayı, fəsli döndərmək gərəkdir?

Saymaq üzümüzdəki hisi nə çıxardar, nə təmizlər...

Adlarını sadalayaq...

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror;
Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;
Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili;
Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;
İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;
Vladimir Vladimiroviç Kovalyov - DQMB-nin Daxili İşlər İdarəsinin rəisi;
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;
Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini;
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;
Alı Mustafa oğlu Mustafayev – telejurnalist;
Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı;
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator;
Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri;
Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü;
Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü.

"...Dəli bir ağlamaq keçir könlümdən…”

Başqa da heç nə...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az