“Qardaş, yaşın 65-dən keçirsə...” - Xalq şairindən koronavirus haqda şeir...

“Qardaş, yaşın 65-dən keçirsə...” - Xalq şairindən koronavirus haqda şeir...

Xalq şairi Vahid Əziz koronavirus epidemiyası haqda şeir yazıb. V.Əziz Moderator.az-ın redaksiyası ilə əlaqə saxlayaraq şeiri dəyərli oxuculara çatdırıb.


EVDƏYƏM


Dünyamıza bəla gəldi, ay aman,
yazıramsa, düşünməyin-kefdəyəm!
mən ədəbli, sözə baxan adamam,
buyurublar:"Evdə qalın!"-evdəyəm.


Sovuşmalı-səbr eləsək bircə ay,
qənimidir zəncəfillə--limon,çay!
başımıza gələ bilər hər olay;
arvad-uşaq, qadan alım, evdəyəm.


"Karnavirus" yaşlıları seçirsə,
kərəntisi ucdantutma biçirsə,
qardaş, yaşın "65"-dən keçirsə,
sən özünə olma zalım!-evdəyəm.


Ölkələr var yarı ölü, yarı sağ,
salıb onu görən hansı qurumsaq?
evimizdə Şahlıq edir sarımsaq,
bəlkə bu cür zəfər çalım,evdəyəm.


Bir arzum var--həyat güllü bağ olsun,
yenə hamı şadlandığı çağ olsun,
tədbir görüb--Hökümət də sağ olsun,
yorulsam da, xoşdur halım, evdəyəm.


Taclı gəlib-qəribəymiş bu bəla,
məhəl qoymaz saza, zurna--qavala,
abrın olsun, əl çək bizdən, a bala,
gedək səni yola salım, evdəyəm.


Nə olar ki, canı müftə alanda?
qurtarmazsan ilan gəlib çalanda!
bütün millət təhlükədə qalanda,
olmaq olmaz gönü qalın!-evdəyəm...


Hazırladı: Vasif Əlihüseyn


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az