Qaxda qəza oldu, xəsarət alan var
Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
Miq.Az xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun, rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ" və "Ford" markalı avtomobilləri toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, rayonun Güllük kənd sakini, 1970-ci il təvəllüdlü Şahin Kamaləddin oğlu Mənəfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Miq.Az