Qazaxıstan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Qazaxıstan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib
Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu pisləyən bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pislədiyi bildirilib: "Avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar olaraq, diplomatik nümayəndəliyə və onun əməkdaşlarına qarşı istənilən zorakılığı qəbuledilməz hesab edirik.

Beynəlxalq hüququn prinsiplərinin və normalarının pozulması aktları ümumilikdə pislənməlidir və təşkilatçıların məsuliyyətə cəlb edilməsi məqsədilə hərtərəfli araşdırma aparılmalıdır.

Azərbaycan xalqının sarsılmazlığına inanırıq və qardaş dövlət üçün çətin vəziyyətlərdə hərtərəfli dəstək verməyə hazır olduğumuzu bildiririk”, - deyə bəyanatda qeyd olunub.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az