“Qazdığımız yolları biz təmir etməməliyik” – “Azərsu”

“Qazdığımız yolları biz təmir etməməliyik” – “Azərsu”

"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov rəhbərlik etdiyi qurumun yolları qazdıqdan sonra təmir etməməsi ilə bağlı ittihamlara münasibət bildirib.

"Report”un məlumatına görə, sədr bu barədə Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında danışıb.

"Qazdığımız yolları biz təmir etməməliyik. "Azərsu”nun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləsi var. Bu müqaviləyə əsasən, yolları onlar təmir etməlidirlər. Bəzən təmir bir iki gün çəkir, bu isə camaatın haqlı narazılığına səbəb olur. Bildiyim qədər Agentlik işləri tez görmək üçün yeni qurğular alıb”, – deyə o, qeyd edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az