Qəbiristanlıqda qətl: öldürülən şəxs gizlicəqatilin evinin pəncərəsini döyübmüş

Qəbiristanlıqda qətl: öldürülən şəxs gizlicəqatilin evinin pəncərəsini döyübmüş
Siyəzəndə həmyerlisini öldürməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Asim Əbdülovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Mərhumun hüquqi varisi vəsatət verərək işin istintaqa qaytarılmasını və Asim Əbdülova daha ağır maddə ilə ittiham verilməsini istəyiblər. Məhkəmə vəsatəti təmin etməyib. Bildirilib ki, bu, məhkəmə baxışında araşdırılacaq. Preses iyunun 17-də davam etdiriləcək.
Xatırladaq ki, hadisə bu il fevralın 11-də Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib. A.Əbdülov Elşən Qədirlini güllələyərək öldürüb. Qətlin səbəbi öldürülən şəxsin - E.Qədirlinin A.Əbdülovun evinə gələrək, pəncərəni gizlicə döyməsi olub. Bundan qəzəblənən A.Əbdülov E.Qədirlini qəbiristanlığa aparıb və qətlə yetirib. Hadisənin tam təfərrüatı məhkəmə istintaqında məlum olacaq.
A.Əbdülova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az