Qəzada ölən dünya çempionunun qardaşı: “Onun daxili orqanları dağılmışdı”

Qəzada ölən dünya çempionunun qardaşı: “Onun daxili orqanları dağılmışdı”
Xəbər verdiyimiz kimi avtomobil qəzasında Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov dünyasını dəyişib.

Dünya çempionun qardaşı Kamran Poladov unikal.org-a qəzanın təfərrüatlarını danışıb:
"Subay oğlan idi. İllərdir ki, Fərhad avtomobil idarə edirdi. Bu barədə danışmaq çox çətindir. Qəzada onun daxili orqanları dağılmışdı. Sonra o, bir gün yarım xəstəxananın reanimasiya şöbəsində qaldı.
Həkimlər əməliyyat etdilər. Göstərilən bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mükün olmadı. Allah rəhmət eləsin”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az