Qəzada ölən Yusifin anası özünü asdı - Evin tək uşağı idi

Qəzada ölən Yusifin anası özünü asdı - Evin tək uşağı idi

Ötən gün Binə qəsəbəsində 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun qatarla toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Yusifin anasının intihar etdiyi deyilir.

Miq.Az xəbər verir ki, GoldNews.az-ın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Yusif Tahir oğlu Dadaşzadənin anası bu gün özünü asıb.

Məlumatda bildirlir ki, Yusif 17 ildən sonra dünyaya gəlib və ailənin yeganə övladı olub.

Xatırladaq ki, dünən Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatar toqquşub. Nəticədə 34 nəfər xəsarət alıb, iki nəfər ölüb. Qeyd edək ki, qəzaya uğrayan yük qatarı Dübəndiyə gedirmiş, onun qoşqusunda 12 boş çən olub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az