QIZIL axtaranlar, yoxsa ARXEOLOQLAR? - Pir ətrafında QALMAQAL

QIZIL axtaranlar, yoxsa ARXEOLOQLAR? - Pir ətrafında QALMAQAL

PİR ÖMƏR XƏLVƏTİNİN TÜRBƏSİ ƏTRAFINDA QALMAQAL

 2019-cu ilin may ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TİKA (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) arasında bağlanmış müqaviləyə əsasən Şamaxı rayonu Avaxıl kəndi ərazisində yerləşən Pir Ömər türbəsində bərpa, konservasiya və arxeoloji tədqiqatların aparılması barədə razılıq əldə edilmişdir. 

Mədəniyyət Nazirliyində bu proyektlə bağlı görüşə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA-nın Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları dəvət edilib. Arxeoloji tədqiqatların aparılması ilə bağlı Şamaxı arxeoloji ekspedisiyasının rəisi arxeoloq t.ü.f.d. Akif Quliyev də toplantıda iştirak edirdi. Əldə edilmiş razılaşmaya görə TİKA və yerli memarlar tərəfindən layihə hazırlanmalı və yaxın vaxtlarda ilkin olaraq arxeoloji tədqiqatlar, ardınca isə bərpa işlərinə start verilməsi nəzərdə tutulurdu. Xatırladaq ki, Şamaxıda arxeoloji ekspedisiya hələ 2009-cu ildən təşkil edilib və bu ekspedisiyaya t.ü.f.d. Akif Quliyev rəhbərlik edir. 

4 dekabr 2019-cu il tarixində bizə belə bir məlumat daxil olmuşdur ki, Arxeologiya və Etnoqrafiya İnstitutun Ağsu-Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri Q.Cəbiyevin rəhbərliyi ilə Şamaxıya, Avaxıl pirinə ekspedisiya təşkil edilib və 10 gün müddətində burada arxeoloji kəşfiyyat işləri həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və TİKA tərəfindən hazırlanmış layihədə abidənin bərpası ilə yanaşı ətraf infrastrukturunda abadlaşdırılması nəzərdə tutulub. Burada arxeoloji ekspedisiyanın işi də layihəyə uyğun aparılmalıdır. 

Miq.Az-a daxil olan məlumata görə, Q.Cəbiyev tərəfindən ikinci dəfədir ki, elmi-etik normalar pozularaq, diğər alimin tədqiqat sahəsinə qanunsuz müdaxilə edilir. Belə ki, 2017-ci ildə də, Q.Cəbiyev arxeoloq Akif Quliyev tərəfindən tədqiqat aparılan Şamaxı rayonu ərazisində yerləşən Gəgəli yaylağı nekropoluna qanunsuz olaraq vəkalətnamə almış və qazıntılar aparmışdır. A.Quliyevin müraciətindən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA rəhbərliyinin işə müdaxiləsi nəticəsində onları bu ərazidən uzaqlaşdırıldı. Növbəti basqınçılığa səbəb nədir? Nə üçün Q.Cəbiyev və adı Azərbaycan və Türkiyədə fetocu kimi hallanan Miras İçtimai Birliyinin rəhbəri Fariz Xəlilli Avaxıl pirində qanunsuz qazıntı aparmaqda israrlıdırlar? Səbəb TİKA-nın layihəsinə nəyin bahasına olursa-olsun qoşulmaqdır. Qeyd edək ki, TİKA tərəfi Mirasın proyektə qatılmaq təkliflərini dəfələrlə rədd etmişdir. Bu təşkilatın fetoçularla iş birliyində adı hallandırıldığına görə, onunla iş qurmaq istəməməkdən  irəli gəlir. Diğər tərəfdən,  keçmiş müxbir Qafar Cəbiyevin bu balaca fetoçunun əlində alətə çevrilməsi təəssüf doğurur. Necə deyərlər, bu müxbirin nə başına, nə də yaşına yaraşan iş deyil. Pula hərislik, elmi etikadan kənar hərəkətlər, xüdpəsənlik və rəzillik Qafar Cəbiyevin alim kimi yetişməsinə əngəl olub. Adı böyük korrupsiya qalmaqallarında hallanan Qafar Cəbiyevi dəfinə soyğunçuluğu ilə məşğul olan mirasçılarla-Fariz Xəlilli ilə bağlayan da qızıla hərislikdir. Bəlkə bu gün Qafar Cəbiyev və onun "podelniki" Fariz Xəlilli Orta əsr Ağsu şəhər yerində (Yeni Şamaxı) arxeoloji tədqiqatlar adı ilə mənimsədikləri milyonlarla dövlət vəsaitinin hesabını versinlər. 

Hər halda hüquq-mühafizə orqanları bu işi araşdırsalar, milyonlarla vəsaiti dövlət büdcəsinə geri qaytara bilərlər. Bir də, bu neçə ildə 20-dən artıq idarə və müəsissədən qovulan, sonda Basqal qoruğunda işləyən Farizin tez-tez baş tutan xarici səfərləri kim tərəfindən maliyələşdirilir? ADPU-nin Şamaxı filialında müəllim kimi fəaliyyət göstərən F.Xəlilli görən dərs deməyə vaxt tapırmı? Unversitet rəhbərliyi qaçaq müəllimə maaşı necə hesablayır? 

Akif Quliyevlə əlaqə saxlayıb onun da bu hadısəyə fikrini öyrənməyə çalışdıq. O, bildirdi ki, hadisələrdən xəbərdardır və sabah İnstitut rəhbərliyinə Elmi şurasının çağrılması, Q.Cəbiyevə verilmiş vəkalətnamənin ləğv edilməsi ilə bağlı müraciət edəcək. Bundan başqa bildirdi ki, məsələ öz həllini tapmasa, o Mədəniyyət Nazirliyinə, AMEA rəhbərliyinə və ölkə rəhbərliyinə müraciət edəcək. 
 
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
 
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az