Qriqori Trofimçuk Sarkisyanın qanun pozuntularından DANIŞDI

Qriqori Trofimçuk Sarkisyanın qanun pozuntularından DANIŞDI

Qriqori Trofimçuk:  "Sarkisyanın rəhbərliyi zamanı bəzi qanun pozuntuları var idi”.

Beynəlxalq ekspert, rus analitiki Qriqori Trofimçuk Erməni KİV-nə müsahibəsində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın rəhbərliyi zamanı qanun pozuntuları olduğunu vurğulayıb.
Miq.az erməni mətbuatına istinadən xəbər verir ki, jurnalist Araks Martirosyanın Rusiyadakı hakimiyyətin dəyişilməsi prosesinin Ermənistanda baş verən çevrilişlə bənzərlik ola bilərmi sualına mütəxəssis belə cavab verib:

"Belə hallarda heç bir bənzətmə işləmir. Serj Sarkisyan yəqin ki, ciddi hədəflər qoyaraq gücünü hesablamadı və ya lazımi analitiklərə sahib deyildi. Sarkisyan və Nikol Paşinyan özü də əvvəlki hökumətdən ən yüksək korrupsioner məmurları nümayişkaranə şəkildə cəzalandırmaq üçün mexanizm tapmayıb. Sarkisyanın dövlət sərvətlərinin xaricə qanunsuz verilməsi faktları ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Şurası ilə birgə araşdırma aparması üçün Ermənistanın Baş naziri ABŞ-dan bir qrup FTB işçisini dəvət etsə, hansı xalq inqilabından danışmaq olar? Sarkisyanın rəhbərliyi altında bəzi qanun pozuntuları var idi. Buna görə, Rusiya Federasiyasında tamamilə qanun çərçivəsində baş verən hadisələrlə oxşarlıq ola bilməz”.

Günay Arifqızı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az