Qurban Qurbanovdan futbolçulara QADAĞA

Qurban Qurbanovdan futbolçulara QADAĞA

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov futbolçulara mətbuata danışmaq qadağası qoyub.


Miq.az qol.az-a istinadən bildirir ki, bu qərar UEFA Millətlər Liqasının Maltaya qarşı Bakıda keçirilən oyunundan (1:1) sonra verilib.

Qeyd edək ki, həmin matç yekunlaşandan sonra bir neçə futbolçu mətbuata qısa açıqlama verib. Amma bundan sonra futbolçulara mətbuata danışmaq qadağası tətbiq edilib. Qadağa yalnız milli komandaya aiddir. Futbolçular öz klublarındakı çıxışları barədə isə danışa bilərlər.

Qol.az-ın müxbirinin bu gün bir neçə futbolçumuzla milli barədə danışmaq cəhdi baş tutmayıb. Onlar Q.Qurbanovun qərarını əsas gətirərək milli haqda suallardan qaçıblar.

Bu qadağanın hansı səbəbdən tətbiq edildiyi bilinmir.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az