Rafael Cəbrayılova töhmət verilə bilər

Rafael Cəbrayılova töhmət verilə bilər
Deputat vəsiqəsini girov qoyub borc götürmək heç bir mənəvi kriteriyaya uyğun gəlməyən addımdır. Deputat vəsiqəsi niyə girov qoyulur ki?!

Miq.az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının üzvü, deputat Fazil Mustafa deyib. 
O qeyd edib ki, bu, heç bir məntiqə sığmır: "Mən indi söhbətin kimdən getdiyini bilmirəm. Bütövlükdə bu, deputat statusuna qarşı sayğısızlıqdır. Bu, sırf etik xarakterli məsələdir. Qanunda deputat adına yaraşmayan əməllər törətmək müddəası var. Bu məsələ də mənə elə gəlir ki, o kateqoriyaya daxildir. Məsələ sadəcə deputat adına yaraşmayan, etikadan kənar hərəkət kateqoriyasına aiddir".
Məsələnin parlamentin İntizam Komissiyasında müzakirə olunub- olunmayacağı sualına gəlincə isə, F. Mustafa problemin ciddi olduğunu vurğulayıb: "Ona  görə də Milli Məclisin İntizam Komissiyasında müzakirəyə çıxarıla bilər. Çünki girov qoyulması üçün qanunvericilikdə yollar var. Hər hansı əmlakını girov qoyub borc götürə bilərsən. Deputat vəsiqəsi girov sayılmır ki?!  Deputat vəqisəsi birinci növbədə, statusu təsdiq edən sənəddir. Bu sənəd də toxunulmazdır, başqasına verilə bilməz. Əgər belə hal varsa, deputata töhmət verilə bilər. Bunu isə ictimai rəy həll edəcək. 
Belə hallarda hər hansı faktın araşdırılması üçün Milli Məclisin sədri İntizam Komissiyasına müraciət edir. Yaxud da Milli Məclisin sessiyasında hər hansı millət vəkili məsələni qaldıra bilər. Sədr bunu məqsədəuyğun sayırsa, məsələni araşdırmaq üçün İntizam Komissiyasına göndərir".
Xatırladaq ki, deputat Rafael Cəbrayılovun vəsiqəsini girov qoyaraq borc götürməsi haqqında informasiya yayılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az