Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - FOTO

Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin daha bir villası üzə çıxıb. 

Miq.Az xəbər verir ki, akademikin bu villası Qusarın Çiləgir kəndində, Qusar-Laza yolunun kənarında yerləşir. Blogger Həbib Müntəzir yazır ki, meşənin içinə qədər uzanan 40 sotluq ərazidə tikilən malikanə 3 mərtəbəlidir. 

"Fotoları Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşıb. Qeyd edim ki, tikili 2004-cü ildən sonra tikilib. Həmçinin eyni kənddə Ramiz Mehdiyevin özünün də ayrıca hovuzlu böyük villası var”, - deyə blogger bildirib.

Bundan əvvəl blogger Ramiz Mehdiyevin Novxanıda 155 hektar ərazidə dəbdəbəli villasının olduğu barədə məlumat yaymışdı.(yenisabah.az)
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az