Ramiz QUSARÇAYLI: "Müasir ədəbi mühit bataqlığa bənzəyir..."

Ramiz QUSARÇAYLI:

Müasir ədəbi mühit bataqlığa bənzəyir, bu bataqlıq batdığının fərqində olmayan yazarlarla doludur. Mühitdə ədəbi dələduzlar, ədəbi xacələr, ədəbi aşiq-məşuqlar at oynadır…Buna millətin şeir "iltihabı” da demək olar. Ədəbi mühit təhrif olunan təriflərdən boğulur. Ədəbi tənqid ədəbiyyata riyakarlıq amfiteatrından boylanır. Bəzi tənqidçilərin yarınmaq benefisləri anşlaqa çevrilə bilmir, əksinə, ”ədəbi izdivac”dan üzüqara çıxır.
Yaxşı ki, bu mühiti mühitində əridən şairlər də var, İntiqam Yaşar kimi şairlər… 

BU ŞƏHƏR YAĞIŞI NEYNİR, İLAHİ..

Bu şəhər yağışı neynir, İlahi,
Qəm yağır gözündən adamlarının.
Hamının yerinə and içim,- yoxdu
Xəbəri özündən adamlarının.

Düşməmiş ağıza, dilə asırlar,
Qərarı bir qansız ələ asırlar.
Özləri bilmədən elə asırlar,
Özünü sözündən adamlarının.

Bir ömür xəyala dala, baş açmaz,
Yan-yana beş başı ola, baş açmaz.
Dalınca yeriyən bala baş açmaz
Saldığı izindən adamlarının.

Hər şey bütövləşib bir tam olacaq,
Onda biz istəyən əyyam olacaq.
Bir gün ayrılanda bayram olacaq,
Əlləri dizindən adamlarının… 

İntiqam YAŞAR
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az