Regionlarda fəaliyyət göstərən vəkillər vergidən azad edilə bilər

Regionlarda fəaliyyət göstərən vəkillər vergidən azad edilə bilər
"Vəkillərin vergi yükü çoxdur. Bu yükün azaldılması, hətta regionlarda fəaliyyət göstərən vəkillərin tamamilə vergidən azad edilməsi mümkündür”.

"Report”un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, Azərbaycanda vəkilliyə maraq artıb və mütəmadi imtahanlar keçirilir: "Bu gün deyirlər ki, Azərbaycanda vəkillərin sayı azdır. Biz sayı artırmaq üçün əlimizdən gələni edirik. Ancaq Azərbaycanda ümumilikdə hüquqşünasların sayı azdır”.
Kollegiya sədri deyib ki, məhkəmə-hüquq sahəsindəki islahatlarla korrupsiya halları və digər neqativ məsələlər aradan qalxdıqca, vəkilliyin nüfuzu daha da artacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az