Rəsmi Bakı: Rusiyalı deputatın Xankəndinə gəlişi Azərbaycana qarşı təxribatıdır

Rəsmi Bakı: Rusiyalı deputatın Xankəndinə gəlişi Azərbaycana qarşı təxribatıdır

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulinin ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirilən "Forum”da qanunsuz iştirakı onun Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Lelya Abdullayeva K.Zatulinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən "Forum”da qanunsuz iştirakına dair sualı cavablandırarkən deyib.

"Məlum olduğu kimi, K.Zatulinin adı Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlər etdiyi üçün müvafiq "qara siyahıya” daxil edilib. Onun "forum”da qanunsuz iştirakı və Azərbaycan əleyhinə təbliğat xarakteri daşıyan əsassız fikirləri rəsmi Rusiyanın mövqeyi ilə tamamilə uzlaşmır. 

Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda "Valday” beynəlxalq diskussiya klubunda iştirakı və bu çərçivədə keçirilmiş ikitərəfli görüş bunun bariz nümunəsidir. 

İki ölkə arasında uğurla inkişaf edən əməkdaşlıq fonunda Konstantin Zatulin kimi şəxslərin fəaliyyəti Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür. Lakin bu kimi təxribat xarakterli səylərə baxmayaraq, Azərbaycan və Rusiya münasibətləri bundan sonra da uğurla inkişaf edəcəkdir”,-L.Abdullayeva vurğulayıb. (Modern)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az