Rostov-Bakı mikroavtobusunda DƏHŞƏTLİ QƏZA: 7 Azərbaycan vətəndaşı...

Rostov-Bakı mikroavtobusunda DƏHŞƏTLİ QƏZA: 7 Azərbaycan vətəndaşı...

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Qəza nəticəsində 7 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilir.

Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib.

Məlumata görə, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Xəsarət alanların hamısının Azərbaycan vətəndaşları olduğu bildirilir.

Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb. (trend)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az