Rus əsgərləri ilə İran ordusu arasında qarşıdurma: ölənlər var

Rus əsgərləri ilə İran ordusu arasında qarşıdurma: ölənlər var

Suriyada İdlib, Hamanın şimalı və Hələbin cənubunda müxaliflərə qarşı savaşan İran ordusu ilə Rusiya silahlı qüvvələri arasında toqquşma baş verib.

Avropa.info xəbər verir ki, Deranın Narraba qəsəbəsində meydana gələn hadisədə iki tərəfdən də ölü və yaralıların olduğu bildirilir.

Türkiyə mətbuatının yazdığına görə, münaqişə saatlarla davam edib.

Məlumata görə, İran dəstəkli qruplar partlayıcı maddələrlə bir neçə Rusiya maşınını partladıblar.

Qeyd edək ki, daha əvvəl də Suriyanın Hama bölgəsində Rusiyanın "Pələng Qüvvələrinin 5-ci Birliyi" taboru ilə ilə Bəşər Əsədin qardaşı, İran dəstəkli Mahir Əsədin başçılıq etdiyi "4-cü Firqə" arasında şiddətli toqquşmalar baş vermişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az