Rus ordusu bu şəhəri vurdu: Evlər dağıldı, yanğınlar başladı...

Rus ordusu bu şəhəri vurdu: Evlər dağıldı, yanğınlar başladı...

Bu gün səhər saatlarında Dnepropetrovsk vilayətində partlayışlar olub.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, rus ordusu şəhəri və bölgəni yeddi raketlə vurub.

Dnepropetrovsk vilayət hərbi idarəsinin sədri Valentin Reznıçenko "Telegram" səhifəsində hücumun təfərrüatlarını açıqlayıb.

"Məlum olub ki, daim ərazilərimizi ələ keçirməyə çalışan "mehriban qonşu” Dnepr və bölgəyə 7 raket atıb. Dnepr və Sinelnikovski rayonu üzərində düşmənin 6 raketi vurulub. Raketlərdən birinin hissələri Dnepr çayına düşüb və yanğın başlayıb. Xoşbəxtlikdən xilasedicilər yanğını tez bir zamanda söndürə biliblər, xəsarət alan olmayıb”, - Rezniçenko bildirib.

O əlavə edib ki, Pokrov şəhərində bir neçə ev dağılıb, daha bir neçəsinin pəncərələri sınıb. Partlayış yanğına səbəb olub. Fövqəladə Hallar Nazirliyinin və polisin nümayəndələri hadisə yerində işləyir. İlkin məlumata görə, itki yoxdur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az