Rus ordusu niyə Kiyevi hədəfə almır? – Jdanovdan ŞOK İDDİA

Rus ordusu niyə Kiyevi hədəfə almır? – Jdanovdan ŞOK İDDİA
Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri Rusiya hökumət məhəlləsinin yerləşdiyi Kiyevin mərkəzini vurmayıb.

Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Kiyevin tarixi mərkəzi Rusiyanın "özününkü” hesab etdiyi və oğurlamağa çalışdığı tarixin əsasını daşıyır.

"İkinci məqam ondan ibarətdir ki, orada hər şey Kiyevə nüvə hücumu gözləntiləri ilə tikilib. Ona görə də oradakı bombalar bomba deyil, heç bir problemi həll etməyəcək”, – ekspert bildirib.

Jdanov buna görə də rus ordusunun sənaye zonaları və ya infrastruktur obyektlərinə zərbə vurmaqla kifayətləndiyini söyləyib: "Orta güclü nüvə zərbəsi üçün nəzərdə tutulmuş obyektlər varsa, məsələ başqalaşır”.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Kiyevin son müdafiəsi zamanı cəmi 11 dəqiqə ərzində şəhərin səmasında yeddi rus təyyarəsinin vurulduğunu açıqlayıb.Teleqraf



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az