Rus televiziya aparıcısından Qarabağla bağlı təxribatçı açıqlama

Rus televiziya aparıcısından Qarabağla bağlı təxribatçı açıqlama
Bugünlərdə Rusiya-1” kanalında efirə gedən "Vladimir Solovyov ilə bir axşam” proqramında aparıcı Azərbaycanın tarixi torpaqları olan Qarabağ haqqında təxribat xatakterli fikirlər səsləndirib.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Ukraynalı siyasətçi Vladimir Kovtun "Qarabağ Azərbaycanın torpağıdır” fikrinə sərt təpgi verən V.Solovyov, Qarabağın mvöcud statusuna haqq qazandıran fikirlər səsləndirib:
"Qarabağ Azərbaycanamı aiddir? Ermənistan ilə Paşinyan bu iddianı qəbul edirmi? Qarabağ üçün mücadilə edənlər, bu torpaqlar üçün neçə insanın qanını verdiyini, erməni xalqının bunun üçün necə bir qəhrəmanlıq etdiyini bilir”.
Daha sonra rus aparıcı bir qədər də irəli gedərək bildirib ki,  "Qarabağ dayandığı yerdə olmaq haqqını qazanıb”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az