Rusiya Azərbaycan pomidoruna qadağa qoyub? - Açıqlama

Rusiya Azərbaycan pomidoruna qadağa qoyub? - Açıqlama
15,5 ton pomidorun Azərbaycandan Rusiyanın Dağıstan Respublikasına idxalına icazə verilməməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə sözügedən ölkənin müvafiq qurumundan rəsmi məlumat daxil olmayıb.

Bu sözləri Axar.az-a AQTA-nın mətbuat katibi Aysel Fərziyeva deyib.
O, həmin məlumatın doğruluğunun dəqiqləşdirilməsi istiqamətində araşdırmaya başladıqlarını bildirib.
Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya aparılan 15,5 ton pomidoru ölkəyə buraxmadığı baradə məlumat yayıb. Laboratoriyanın rəyinə əsasən, Azərbaycandan gətirilən məhsulda zərərli güvə aşkar edildiyinə görə məhsulun geri qaytarılması barədə qərar qəbul edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az