Rusiya Azərbaycanla sərhəddə hərbi baza qurur? – ŞOK AÇIQLAMA

Rusiya Azərbaycanla sərhəddə hərbi baza qurur? – ŞOK AÇIQLAMA

"İrəvan və Moskva 102-ci Rusiya hərbi bazasının müəyyən birləşməsinin Ermənistanın şərqində yerləşdirilməsi mümkünlüyünü araşdırır”.

Miq.Az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan deyib.

"Rusiya hərbi bazasınının hər hansı hərbi birləşməsinin Ermənistanın şərq istiqamətində yenidən yerləşdirilməsinin mümkünlüyündən danışa bilərik və bu kontekstdə birgə araşdırma aparılır”, - Arutyunyan söyləyib.

Nazir Ermənistandakı rus sərhədçilərinə əlavə xidməti vəzifələrin verildiyini də bildirib: "Rusiya sərhədçilərinə Ermənistan Respublikasının Azərbaycanla sərhədlərinin təhlükəsizliyini və qorunmasını təmin etmək üçün əlavə vəzifələr verilib”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az