“Rusiya bəhanə axtarır" - Zelenski

“Rusiya bəhanə axtarır

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə amerikalı konqresmenlər Emi Klobuşar, Robert Portman, Kris Mörfi, Cin Şahin, Riçard Blümental və Rocer Uikerlə görüşüb.

Miq.Az xəbər verir ki, Zelenski görüş zamanı ABŞ Konqresinə ölkəsinin üzləşdiyi təhlükə qarşısında Ukrayna xalqı ilə həmrəyliyinə görə təşəkkür edib.

Amerika nümayəndə heyətini Ukrayna sərhədlərindəki son durumla bağlı məlumatlandıran prezident Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar paketinin hazırlanmasının zəruriliyinə diqqət çəkib.

Zelenski bildirib ki, Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində yaşayanlara pasport verməyə davam edir və "Rusiya vətəndaşları”nı qorumaq adı altında gərginliyi artırmaq üçün bəhanə axtarır.

ABŞ senatorları da Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə edərək, ölkənin öz təhlükəsizliyini təmin etmək yollarını müstəqil seçmək hüququna malik olduğunu vurğulayıblar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az