Rusiya erməni naziri öldürmək istəyib - Şok

Rusiya erməni naziri öldürmək istəyib - Şok

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Valeri Şaytanovun əsas hədəfi açıqlanıb.

Miq.Az xəbər verir ki, bu məlumatı ukraynalı jurnalist Dmitri Qordon yayıb.

"Mənim mənbələrim təsdiqləyir ki, Adam Osmayevin (keçmiş çeçen döyüşçü, Ukraynadakı könüllü çeçen hərbi dəstələrinin rəhbəri – red.) qətli Şaytanov üçün məşq idi. Ona Ukrayna Daxili İşlər naziri Arsen Avakovu məhv etmək əmri verilmişdi”, – deyə o bildirib.

Qeyd edək ki, general-mayor Valeri Şaytanov Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraq Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az