Rusiya hərbçiləri 45 erməni zəvvarı(?) Kəlbəcərdəki məbədimizə apardı…-RƏSMİ

Rusiya hərbçiləri 45 erməni zəvvarı(?) Kəlbəcərdəki məbədimizə apardı…-RƏSMİ

"Separatçı-TERRORÇU erməni keşişləri birdəfəlik oradan qovulmalı və əvəzində Azərbaycan tərəfindən təyin olunmuş dini icma  daimi olaraq məbəddə yerləşdirilməlidir...”
 
Rusiyanın Azərbaycan torpaqlarındakı "sülhməramlı" hərbi kontingentinin komandanlığı  dünən – mayın 10-da artıq bu il ərzində ikinci dəfə erməni "zəvvarlar”ın Xudavəng məbədinə ziyarətini təşkil edib.
 
Moderator.az xəbər verir ki,  bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyi gecə saatlarında  işini bərpa etmiş rəsmi saytının "sülhməramlı”lara aid bölməsində 10 may 2022-ci il tarixinə dair bülletendə yayıb.
 
(Maraqlıdır ki, əməkdaşımız Rusiya MN-in saytını açıb bəhs edilən xəbərə baxdıqdan bir neçə saniyə sonra sayta giriş yenidən məhdudlaşdırılıb və bu dəqiqələrədək hələ də həmin saytın fəaliyyəti bərpa edilməyib...)
 
Sözügedən məlumatda belə deyilir: "....45 zəvvarın Dadivank(Xudavəng-S.L.) monastırına ziyarəti təmin edilib”
 

Xatırladaq ki, aprelin 17-də ermənilərin Pasxa bayramı günündə də "sülhməramlı”lar 30 erməninin Xudavəng məbədinə ziyarətini təşkil etmişdi(bax://moderator.az/az/ekskluziv/510092/ermeniler-yene-kelbecerde-pasxani-bayram-etdiler-rusiya-mn-tesdiqledi/ ).
 
Zəruri xatırlatma və  şərh:
 
10 noyabr 2020-ci il razılaşmasına əsasən Xudavəng məbədinin girişində Rusiya hərbçilərinin postu yerləşdirilib. 2020-ci ilin dekabrında Azərbaycan tərəfindən Alban-udin xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunsa da və həmin icma nümayəndələri məbədimizi bir neçə dəfə ziyarət etsə də, erməni keşişləri daim orada qalmaqda davam edir. Lakin 2021-ci ilin mayından Azərbaycan ordusu erməni zəvvarların  işğal dövründə erməniləşdirdikləri bu qədim məbədimizə ziyarətinə qadağa qoyub. Həmin vaxta qədər ermənilər Rusiya "sülhməramlı"larının müşayiəti ilə məbədi ziyarət ediblər.
 
Öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, Qarabağdakı "qədim erməni abidəsi" adlandırılan bütün digər tarixi abidələr sırasında Xudavəng məbədi də qədim Azərbaycan abidəsidir. İkincisi də məbədin olduğu ərazi tam şəkildə Azərbaycan dövləti və ordusunun nəzarəti və yurisdiksiyasındadır. Belə olduğu halda separatçı -TERRORÇU erməni keşişləri birdəfəlik oradan qovulmalı və əvəzində Azərbaycan tərəfindən təyin olunmuş dini icma  daimi olaraq məbəddə yerləşdirilməlidir...
 

Onu da xatırladaq ki, 20 noyabr razılaşmasından sonrakı xeyli müddət ərzində məbədimizdəki erməni dindarlarına(?) baş keşişliyi işğal dövründə Kəlbəcər rayonunun qanunsuz keşişi olmuş Ovannes Ovannisyan icra edib. O, birinci Qarabağ müharibəsində də Azərbaycana qarşı vuruşub, oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak edib...  44 günlük savaş nəticəsində Kəlbəcərdən ermənilərin çıxmalı olduğu məlum olduğu vaxtda, yəni 2020-ci ilin noyabrında isə bu üzdəniraq keşiş əlində avtomat "Erməni xaçkarlarına toxunmayın. Dadivank Azərbaycana verilməyəcək!” bəyan edərək deyib ki, o, məbədi tərk edən deyil, guya onu sonadək qoruyacaq... Belə separatçı-terrorçu "keşiş”lərin Azərbaycan torpağında, məbədində nə iti azıb?..
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az