“Rusiya ilə müharibə hər an başlaya bilər” – Vladimir Zelenski

“Rusiya ilə müharibə hər an başlaya bilər” – Vladimir Zelenski

Prezident Vladimir Zelenski Ukraynanın Rusiya ilə genişmiqyaslı müharibəyə hazır olub-olmamasından danışıb.

Miq.Az xəbər verir ki, o, Ukraynanın səkkiz ildir Rusiya müharibə vəziyyətində olduğunu deyib.

"Rusiyadan və ya Rusiya Federasiyası tərəfindən dəstəklənən yaraqlılardan genişmiqyaslı (hücum) və ya güclü eskalasiyanın davamı - mən inanıram ki, belə bir ehtimal hər gün ola bilər, bu gün belə bir hədə-qorxu var. Bəzi saytlardan, media qurumlarından sabah müharibə olacağına dair çoxlu hədə-qorxu gəlir”, - Zelenski vurğulayıb.

O, hesab edir ki, Ukrayna sərhədlərinə tam nəzarət edir və istənilən eskalasiyaya tam hazırdır:

"Hər gün təkcə öz kəşfiyyatımızdan yox, həm də bizi dəstəkləyən digər ölkələrin, tərəfdaş dövlətlərin kəşfiyyat xidmətlərindən məlumat alırıq. Onlar bizi dəstəkləyirlər, hərbi, informasiya, texniki və maliyyə yardımı da edilir. Amma biz ilk növbədə özümüzə, ordumuza arxalanmalıyıq. Ordumuz qüdrətlidir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az