Rusiya Çinlə sərhədi bağladı

Rusiya Çinlə sərhədi bağladı


Rusiyanın baş naziri Mixail Mişustin Uzaq Şərq regionunda Çinlə sərhədin bağlanması barədə sərəncam imzalayıb.

Qərar koronavirusun yayılmasının qarşısının alınması məqsədilə verilib.

Baş nazir hökumətin iclasında sərəncamla bağlı müvafiq tapşırıqların verildiyini deyib.

Çində yeni növ koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb, yoluxanların sayı isə 77 mini keçib. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az