Rusiya raket zərbələrini niyə artırıb? - General Putinin iki məqsədini açıqladı

Rusiya raket zərbələrini niyə artırıb? - General Putinin iki məqsədini açıqladı

Son zamanlar Rusiya Ukrayna şəhərlərinə raketlə bombardmanlarını gücləndirib.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri qaş qərargah rəisinin keçmiş müavini, general İqor Romanenko bunun bir neçə səbəbinin olduğunu deyib.

Onun fikrincə, Rusiya bununla həm Ukraynanın müttəfiqlərinə, həm də ölkənin özünə - rəhbərliyinə təzyiqləri artırır.

"Daxili amilə gəlincə, bu, Ukrayna vətəndaşlarının ruhunu sındırmaq, cəmiyyəti hakimiyyətə təzyiq göstərməyə və kapitulyasiya danışıqlarına keçməyə məcbur etmək üçün onlara mənəvi-psixoloji təsirdir”, - general qeyd edib.

Generalın iddiasına görə, Rusiya bu cür danışıqlarda Ukrayna ərazisinin 20 faizinin işğalını legitmləşdirmək istəyir.

Romanenko hesab edir ki, Rusiyanın raket zərbələrinin artmasının bu yaxınlarda keçirilən NATO və G7 sammitləri ilə də əlaqəsi var:

"Bu günlərdə "Böyük Yeddilər” və NATO-nun sammiti keçirildi. Putin də bundan istifadə edərək belə bir mesaj vermək istədi: "Baxın, mən güclüyəm, hər cür imkanlarım var və onlardan istifadə etməyi bacarıram. Nəticə çıxarın, təzyiq göstərin. Ukrayna ilə bağlı və düzgün qərarlar qəbul edin”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az