“Rusiya siyasəti ABŞ-ı dağıdacaq” – İsrailli diplomatdan sensasion iddia

“Rusiya siyasəti ABŞ-ı dağıdacaq” – İsrailli diplomatdan sensasion iddia
ABŞ-ın Rusiya siyasəti sünidir, bu səbəbdən bu siyasət Vaşinqton üçün fəlakətə yol aça bilər”.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Yakov Kedmi deyib.
Onun sözlərinə görə, ABŞ heç vaxt imperiya olmayıb, buna görə də imperiya anlayışının nə olduğunu bilmir.
Kedmi Amerikanın imperiya olmaq üçün fundamental əsaslarının olmadığına da diqqət çəkib.
Sabiq baş nazir ABŞ-ın 1991-ci ildən sonra yürütdüyü siyasətin süni olduğunu düşünür, buna görə də, Amerikanın imperiya olmaq cəhdlərinin bu ölkə üçün dağıdıcı fəlakətə yol açacağını iddia edib.
Kedmi hesab edir ki, ABŞ-ın hazırda yürütdüyü Rusiya siyasəti ölkə daxilindəki bəlli siyasi çevrələrin maraqlarını əks etdirir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az