Rusiya vətəndaşları Şamaxıda qəzaya düşdü: 6 nəfər yaralandı

Rusiya vətəndaşları Şamaxıda qəzaya düşdü: 6 nəfər yaralandı

Şamaxı rayonunda yol qəzası baş verib. 

"Report"un məlumatına görə, hadisə aprelin 6-da günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. 

İki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Artıq yol qəzasında xəsarət alanların kimliyi məlum olub. Bunlar Şamaxı rayon sakini, 1952 il təvəllüdlü Nadir Qədir oglu Qədirov, Kürdəmir rayon sakini, 1985-ci il təvəllüdlü Rəvan Əlibaba oğlu Məlikov və Rusiya vətəndaşları - 1967-ci il təvəllüdlü Nataliya Məlikova və 1989-cu il təvəllüdlü Nərmin Məlikovadır. 

Digər iki nəfərin isə xəsarəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra evə buraxılıb. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az