Rusiya XİN-dən kritik QARABAĞ AÇIQLAMASI

Rusiya XİN-dən kritik QARABAĞ AÇIQLAMASI

"Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabr bəyanatının 7-ci bəndinə əsasən, qaçqınlar Dağlıq Qarabağ və ətraf ərazilərə BMT-nin qaçqınlar üzrə ali komissarının himayəsində qayıtmalıdırlar”.

Miq.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, müharibə ilə əlaqədar evlərini tərk etmiş ermənilər hazırda fəal şəkildə geri qayıdırlar.

"Bizim üçün əsas məsələ üçtərəfli bəyanatdakı həmin bəndin əvvəlki yaşayış yerlərini tərk etməyə məcbur olanların hamısına şamil olmasıdır”, - rusiyalı rəsmi qeyd edib /"Report"/


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az