Rusiyada azərbaycanlı həmyerlisini öldürdü - “Lotu Quli”nin silahdaşlarıdır+ Video

Rusiyada azərbaycanlı həmyerlisini öldürdü - “Lotu Quli”nin silahdaşlarıdır+ Video

Sankt-Peterburq şəhər polis şöbəsi 46 yaşlı Azərbaycan vətəndaşı Mahir Məmmədovu axtarır.

"Qafqazinfo”nun "Fontanka.ru”ya istinadən verdiyi məlumata görə, aprelin 30-da həmyerlisi olan 32 yaşlı iş adamı Füzuli Qarayevi güllələyərək öldürən həmin şəxsə qarşı İnsitntaq Komitəsi tərəfindən "qəsdən adamöldürmə” maddəsi üzrə cinayət işi açılıb.

Lomonosov küçəsində evin qarşısında törədilən qətl müşahidə kamerasının obyektivinə düşüb. Kadrlarda şübhəlinin Qarayevi güllələdiyini görmək olur.

Nəşrin məlumatına görə, hər iki şəxs "Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifovun silahdaşlarıdır.

 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az